Dünya

Canlı yayımda aparıcı qonağa hücum etdi: studiyada ara qarışdı - VİDEO

23 Fevral 2018 10:21
1 Şərh     Baxış: 3 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın NTV televiziyasında "Mesto vstreçi" (Görüş yeri) tokşousunda canlı yayım zamanı dava düşüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Ukraynanın separatçı Donbas bölgəsindəki dinc insanların öldürülməsi ilə bağlı aparılan polemika davaya dönüb. Aparıcı və siyasətçi qonaq yumruq davasına çıxıblar.

Qonaqlardan Andreas Mauer orada 100-dən çox uşağın dünyasını dəyişdiyini açıqlayıb. Bu fikrə qatılmayan ukraynalı politoloq Dmitri Suvorov isə yüksək səs tonuyla bu açıqlamalara etiraz edincə aparıcı Ander Norkin Ukrayna təmsilçisini qolundan tutaraq çölə çıxarmağa cəhd edib.

Aparıcının bu hərəkətini hücum olaraq qəbul edən Suvorov qarşılıq verib. Beləcə, Norkin və Suvorov arasında yumruq davası başlayıb. Studiya bir anda qarışıb. Digər qonaqların müdaxiləsindən sonra tərəflər sakitləşiblər.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Драка в студии российского телекагнала

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.