Dünya

Türkiyə SQ silah-sursat daşıyan terrorçuların konvoyunu məhv edib - FOTO

23 Fevral 2018 08:54
1 Şərh     Baxış: 3 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərinə yaxınlaşan terrorçuların konvoyuna zərbələr endirib.

Trend-in türk mediasına istinadən verdiyi məlumata əsasən, PYD/YPG, PKK və İŞİD terrorçularına aid konvoy Afrindən 15 km məsafədə olub.

Müəyyən edilib ki, 30-40 avtomobildən ibarət konvoy silah-sursat daşıyırdı.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.