Dünya

İranın keçmiş prezidenti azad seçkilər tələb etdi

22 Fevral 2018 21:38
3 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, ölkədəki siyasi durumdan narahat olduğunu bildirib. O, Ali dini lider Əli Xameneyiyə səslənərək, ölkədə demokratik seçki keçirilməsini və hökuməti tənqid edən məhkumları azad etməsini istəyib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Əhmədinejad istək və təkliflərini məktub formasında Xameneyiyə göndərib.

Sabiq prezident dini lideri İranın məhkəmə və qanunvericilik sisteminə uyğun islahat keçirməyə, hakimiyyəti tənqid edən məhkumları həbsxanalardan azad etməyə çağırıb. Əhmədinejada görə, ölkənin aktual problemlərinin həlli üçün xalqa ilk növbədə öz səs hüququndan istifadə haqqı tanınmalıdır.

Əhmədinejad iddia edib ki, İranın məhkəmə sistemində dəyişikliklər siyasi islahatların keçirilməsi üçün şərait yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.