Dünya

Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün prioritet olaraq qalır - YENİLƏNİB

22 Fevral 2018 18:21
0 Şərh     Baxış: 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:21

Həlli uzanmış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT üçün prioritet olaraq qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Vinçenso Amendola ATƏT PA-nın bu gün Vyanada keçirilən qış sessiyası zamanı deyib.

O bildirib: "Həlli uzanmış münaqişələrin nizamlanması bizim fəaliyyətimizin əsas prioriteti olaraq qalır. Burada söhbət təkcə diplomatik səylərin davam etdirilməsindən deyil, həmçinin real fəaliyyətdən gedir".

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi ilə bağlı suala cavab verən V.Amendola xatırladıb ki, tərəflər bu ilin yanvarında Krakovda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə bu məsələ üzrə razılığa gəliblər.

--------

17:13

Həlli uzanmış münaqişələr ATƏT üçün prioritet olaraq qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə katibi Vinçenso Amendola ATƏT PA-nın bu gün Vyanada keçirilən qış sessiyası zamanı deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.