Dünya

Çində Yeni il şənlikləri 51 nəfəri "yandırdı"

22 Fevral 2018 20:40
0 Şərh     Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində Ay təqvimi ilə yeni ilin qarşılanması mərasimlərində baş vermiş yanğınlar zamanı ümumilikdə 51 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölüm halları fevralın 15-dən 22-dək qeydə alınıb.

Qeyd olunur ki, bu müddət ərzində ölkə ərazisində 12 mindən çox yanğın baş verib.

Məlumata görə, hadisələr nəticəsində iqtisadiyyata 9 milyon dollara yaxın ziyan dəyib.

Xatırladaq ki, Çində yeni il fevralın 15-dən 16-a keçən gecə qarşılanıb. Yeni il tətili fevralın 22-dək davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.