Dünya

Mafioz Məhərrəm Həsənov həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu

19 Aprel 2018 22:06
3 Şərh     Baxış: 4 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri "kölgə" oyunçularından biri, kriminal aləmdə "Pokrovka Məhərrəm" kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,"qanuni oğru" Rövşən Lənkəranskinin klanının nümayəndəsini ev dustaqlığında qalma qaydalarını pozduğu üçün təkrar həbs ediblər.

Xatırladaq ki, aprelin əvvəlində Həsənov dələduzluqda ittiham olunaraq saxlanılmışdı. Sonradan məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Lakin azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib.

Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında "briqadir" olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən "xərac" alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Bu cür fəaliyyət "Pokrovka Məhərrəm"ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq - xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır.

Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında "nəzarətçi" (смотрящий) olub və "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

16:20

Bir müddət əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, "Pokrovka Məhərrəm" kimi tanınan Məhərrəm Həsənov yenidən həbs olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Məhərrəm Həsənov bu gün İstintaq təcridxanasına gətirilib. Xatırladaq ki, daha əvvəl Moskva vilayətinin İstra rayon məhkəməsi onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.

Qeyd edək ki, "Pokrovka Məhərrəm" ilk dəfə bu il martın sonunda həbs olunmuş və Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra elə həmin gün azadlığa çıxmışdı.

"Pokrovka Məhərrəm" Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun "AzFruit" şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Food City" topdansatış meyvə-tərəvəz bazasını idarə edir.

Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm" ləqəbini Moskvanın məşhur "Pokrovsk" bazarını işlədərkən alıb. 2014-cü ilə qədər qalmaqallı "Pokrovsk" Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi...

Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut" şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına ("fura"lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar "haqq" alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, "Yeni Çeremuşki" şirkətinin təsisçiləri idilər.

"Pokrovka"nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, "müqəddəs yer boş qalmır" prinsipindən istifadə edib "Fud-siti" adlı böyük aqroklaster yaratdılar. "Pokrovka"dakı Azərbaycan tacirlərinin əksəriyyəti "Fud-siti"yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.