Dünya

ABŞ-ın Çernoqoriyadakı səfirliyinin binasına hücum: bomba atdı, sonra özünü partlatdı

22 Fevral 2018 09:10
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Çernoqoriyanın Podqoritsa şəhərində yerləşən səfirliyinin binasına hücum olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxs səfirliyinin binasına partlayıcı qurğu atıb və sonra özünü partladıb.

Hücum nəticəsində özünü partladan şəxsdən başqa xəsarət alan olmayıb. Səfirliyin binasına zərər dəyməyib.

ABŞ-ın Çernoqoriyadakı səfirliyi vətəndaşlarına diplomatik nümayəndəliyin yerləşdiyi rayondan uzaq durmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.