Dünya

ABŞ Rusiya ilə böyük hərbi sazişlər bağlayan ölkələri hədələyib

22 Fevral 2018 08:10
3 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ştatlar digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə çərşənbə günü Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Franc-Press" məlumat yayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.