Dünya

Nigeriyada 80 məktəbli qız xilas edilib

22 Fevral 2018 08:03
0 Şərh     Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriya ordusu "Boko Haram" silahlılarının ölkənin Dapçi kəndinə (Yobe ştatı) hücumundan sonra itkin düşmüş məktəbli qızların təxminən 80-i xilas edib.

Trend-in "CNN"ə istinadən verdiyi məlumata görə, qızalr Borno və Yobe ştatlarının sərhədində yerləşən şəhərdə aşkar edilib. Xilas edilən qızların dəqiq sayı bu gün bildiriləcək.

"Reuters" agentliyinin məlumatına əsasən, Nigeriya ordusu 76 məktəbli qızı xilas edib və 2-nin cəsədini aşkar edib.

Qeyd edək ki, daha əvvəl "Boko haram" radikal qruplaşmasının silahlıları Nigeriyanın Yobe ştatında yerləşən Dapçi kəndinə hücum ediblər. Silahlıların hücumundan sonra azı 111 məktəbli qız itkin düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.