Dünya

Rusiya BMT TŞ-nin təcili iclasının çağırılmasını təklif edib

21 Fevral 2018 22:17
0 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya fevralın 22-də Dəməşqin yaxınlığındakı Şərqi Qutada vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

"Biz Şərqi Qutadakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının açıq iclasının çağırılmasını təklif edirik. Düşünürük ki, BMT TŞ üzvləri vəziyyəti qiymətləndirməli və çıxış yollarını təklif etməlidirlər", deyə diplomat qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.