Dünya

Erməni əsgər hərbi hissədə öldü

21 Fevral 2018 18:12
1 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın hərbi hissələrindən birində hərbi qulluqçu Stepan Stepanyan ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan hələlik ölümün səbəbinin müəyyən edilmədiyini bildirib.

"Əsgər məzuniyyətdə idi, hərbi hissəyə qayıdıb, elə həmin gün vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, orada keçinib", - o deyib.

Öz növbəsində, ölən əsgərin doğulduğu Qarni kənd administrasiyasının rəhbəri Aqaron Saakyan hərbçinin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini, sosial təminatsız ailədən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.