Dünya

Kaspşik cəbhədəki yoxlamalardan danışdı

21 Fevral 2018 13:50
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin qrupunun genişləndirilməsi Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinqlərin keçirilməsi tezliyini artırmağa imkan yaradacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan KİV-lərinə müsahibədə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

O, həmçinin əlavə edib ki, bu addım ön xətdə gərginliyin azaldılmasına və sabitliyin artırılmasına kömək edəcək etimadın yüksəldilməsi üzrə tədbir qismində nəzərdən keçirilə bilər.

A.Kaspşik deyib: "Mən ön cəbhədə gərginliyi və qurbanların sayını azaldan istənilən addımı dəstəkləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.