Dünya

Rusiyada banklar müştəriləri səsindən tanıyacaq

21 Fevral 2018 14:18
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Rostelekom" şirkəti şəxsiyyətin fotoşəkil vasitəsilə eyniləşdirilməsi vahid biometrik sistemini işə salacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sistemin 2018-ci ilin iyulunda tətbiq olunması planlaşdırılır.

Qeyd olunur ki, ilk mərhələdə sistem banklarda tətbiq olunacaq. Hazırda Rusiyanın 20 kredit təşkilatı sistemin sınaqlarını keçirir.

Bu sistemə görə, bankın müştərisi fotoşəkil və öz səs yazısını təqdim etməklə bir dəfə qeydiyyatdan keçəcək. Bundan sonra o, bank ofisinə getmədən işlərini həll edə biləcək.

Gələcəkdə həmin sistemin səhiyyə, təhsil və digər dövlət qurumlarında tətbiq olunması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.