Dünya

Türkiyədə müxalif partiyanın 6 üzvü saxlanılıdı - Terrorizmə görə

21 Fevral 2018 13:19
1 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə müxalif Xalqların Demokratik Partiyasının (HDP) 6 üzvü sosial şəbəkələrdə terrorizmin təbliğinə görə saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, HDP üzvlərinin saxlanması üzrə əməliyyat Kocaeli vilayətində keçirilib.

Ümumilikdə "Zeytun budağı" əməliyyatı başlayandan indiyədək sosial şəbəkələrdə terrorizmi təbliğ edən 790-dan çox şəxs saxlanılıb. Onların arasında PKK terror təşkilatının 16 üzvü də var.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.