Dünya

YPG Afrindən geri çəkildi

20 Fevral 2018 20:59
0 Şərh     Baxış: 1 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG kürd silahlı dəstələri Afrindən geri çəkilib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri  Afrinin 10 kilometrliyində dayandırılıb.

Bundan əvvəl bəzi KİV-lər Suriya ordusu və YPG arasında əldə olunmuş sövdələşməyə əsasən, hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.   

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi "Suriya Xalq Qüvvələri"nin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya hökumət qüvvələrinin Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi.   

Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq isə Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.