Dünya

Türkiyənin ZƏFƏRİ - Kilis tamamilə terrorçulardan təmizləndi

20 Fevral 2018 18:00
2 Şərh     Baxış: 1 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kilis vilayətinin Afrin rayonu ilə sərhədi tamamilə terrorçulardan təmizlənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hərbi mənbələr Kilis sərhədi üçün hər hansı təhdidin qalmadığını bildirir.

Qeyd olunur ki, Afrində "Zeytin budağı" əməliyyatı başladığı gündən 82 yaşayış məntəqəsi azad edilib. Əməliyyatlar zamanı 32 türkiyəli hərbçinin həlak olduğu məlumat verilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.