Dünya

Ərdoğan və Putin Afrin məsələsini müzakirə etdilər

19 Fevral 2018 18:30
0 Şərh     Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıqlar zamanı Suriya məsələsi müzakirə olunub.

Qeyd olunur ki, hər iki prezident Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatını və İdlib əyalətinin Suriya deeskalasiya zonasında müşahidə məntəqlərinin ucaldılmasını müzakirə edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.