Dünya

66 nəfərin öldüyü təyyarənin qalıqları tapıldı - VİDEO

19 Fevral 2018 17:10
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran dağlarında dünən qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Tehran-Yasuc reysi üzrə uçuş həyata keçirən təyyarənin qalıqları İsfahan ostanının Səmirom bölgəsinin Dəngözlü və Noqol kəndləri yaxınlığında tapılıb.

Qalıqları axtarmaq üçün 26 alpinist qrupu cəlb edilib. Yaxşı hava şəraiti helikopterlərin və dronların da axtarışda iştirak etməsinə imkan verib və onlar hündürlüyü 4 min metrdən artıq olan 100-dən çox dağ zirvəsini yoxlayıb.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

İranda qəzaya uğramış sərnişin təyyarəsinin qalıqları tapılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.