Dünya

İran Bağdada hərbi yardım təklif edib

19 Fevral 2018 08:56
6 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış anlaşma memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Müdafiə Nazirliyində baş tutan görüş zamanı müdafiə nazirinin müavini Hacatullah əl-Qureyşi deyib.

O, bildirib: "İran tərəfi İraqa silah, döyüş sursatı, zirehli texnika və artilleriya da daxil olmaqla hərbi yardım təklif edib. Hər iki tərəf bu təkliflərin öyrənilməsi, onların təsdiq edilməsi və zəruri silah və avadanlıqların seçilməsi üçün hər kateqoriya üzrə ixtisaslaşmış profil komitələrinin yaradılması barədə razılıq əldə edib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.