Dünya

Dağıstanda silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB - VİDEO - FOTO

18 Fevral 2018 20:36
1 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:36

Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramı zamanı baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə RİA Novosti agentliyinə şəhər administrasiyası mətbuat xidmətinin rəhbəri bildirib.

"Xəstəxanada daha bir qadın keçinib. Beləliklə, ölənlərin sayı 5 nəfərə çatıb", deyə o bildirib.

19:37

Dağıstanın Kizlyar şəhərində maslenitsa bayramının qeyd olunması zamanı izdihama atəş açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.

Atəşin yerli sakin tərəfindən açıldığı bildirilir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik qüvvələri hücum silahlını məhv edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Видео очевидца с места стрельбы в дагестанском Кизляре

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.