Dünya

Qəzzada vəziyyət gərginləşdi: İsrail və Fələstin bir-birini raket atəşinə tutub

18 Fevral 2018 10:04
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail və Fələstin sərhədində vəziyyət yenidən gərginləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, bir müddətdir davam edən sabitlik 4 yəhudi əsgərin Qəzza zolağı ilə sərhəddə minaya düşərək yaralanmasından sonra pozulub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, birinin vəziyyəti orta-ağır, digərinki isə yüngüldür.

Buna cavab olaraq İsrail tankı partlayışın baş verdiyi əraziyə yaxın yerləşən Fələstin tərəfinin müşahidə qülləsinə atəş açıb.

Ardınca İsrail hərbçiləri Qəzza zolağında altı hədəfə aviazərbə endiriblər.

Fələstin tərəfi isə buna cavab olaraq İsrail istiqmətində raket atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.