Dünya

Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

18 Fevral 2018 09:45
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada 4,4 bal gücündə zəlzələ olub.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, ölkə tarixində son on ilin ən güclü yeraltı təkanları Cənubi Uelsdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Zəlzələ Liverpul, Birmingem və Kornuoll kimi şəhərlərdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.

Böyük Britaniyada analoji seysmoloji hadisə (5,2 bal ) sonuncu dəfə 2008 ildə qeydə alınıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.