Dünya

Türkmənistanda qıtlıq: dollar qara bazarda 10 manata, dükanlarda un tapılmır... - FOTO

17 Fevral 2018 23:24
3 Şərh     Baxış: 5 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan neftin ucuzlaşmasından sonra iqtisadiyyatı neftdən asılı olan ölkələri bürümüş iqtisadi böhranı hələ də aradan qaldıra bilməyib. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu ölkədə hələ də dollar qıtdır və ABŞ valyutasının qara bazar kursu ilə rəsmi məzənnəsi arasında 3 dəfəyə qədər fərq yaranıb.

Bir neçə gün əvvəl qara bazarda dollar kəskin bahalaşıb, 1 dollar 14-15 türkmən manatına satılıb. Nəticədə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları polislə birlikdə Daşoğuz vilayətində dollar alverçilərinə qarşı reydlər keçiriblər. "Türkmənistan xronikası" saytı azı 6 nəfərin saxlanıldığını bildirir. Yerli bazarlarda dollar alverçilərinə qarşı keçirilən reydlərdən sonra dolların qara bazar məzənnəsi aşağı enib, hazırda 1 dollar 10-11 türkmən manatına satılır. Valyuta alverçiləri indi gizli fəaliyyət göstərirlər, onların banklarla əlaqəli işlədiyi xəbər verilir. Rəsmi məzənnəyə əsasən 1 dollar hələ də 3.5 türkmən manatıdır.

Ölkədə təkcə dollar qıtlığı deyil, əsas ərzaq məhsullarının da kəskin qıtlığı yaşanır. "Azadlıq" radiosunun türkmən xidmətinin xəbərinə görə, vilayətlərdə  mağazalarda un tapılmır və əhali bu əsas ərzaq məhsulunu paytaxtdan alıb aparmalı olurlar. Lakin polis un qıtlığını aradan qaldırmaq üçün adambaşına bir kisədən artıq un satmağa icazə vermir, yollarda maşınlar saxlanılır və artıq un olub-olmadığı yoxlanılır. Habelə evlərdə də "limitdən artıq un aşkarlamaq" üçün reydlər keçirilir. Hakimiyyət xəbərdarlıq edib ki, kimin evində 1 kisədən artıq un olsa müsadirə olunacaq.

Dövlət mağazalarından  un almaq istəyənlərdən isə qaz və işığa görə borcu olmamasına dair arayış tələb edilir."Azadlıq" radiosunun türkmən xidməti Daşoğuz vilayətindəki mənbələrinə istinadla yazır ki, dövlətin nəzarətində olan bəzi dükanlarda yerli sakinlərdən evlərində sayğac olduğunu tsdiqləyən sənəd də istəyirlər.Bunlar olmasa, həmin şəxslərə un satılmır.

İki aydır ki, Türkmənistanın bəzi rayonlarında un qıtlığı müşahidə edilir. Unun qiyməti qalxır.Dövlətin nəzarətində olan dükanlarda un nisbətən ucuz satılır.Un qıtlığına görə insanlar həm də mümkün qədər çox un alıb anbara yığmağa çalışırlar.

Hazırda Daşoğuzda insanların un qıtlığına görə icra hakimiyyətlərinin binası önünə yığışıb yerli məmurlara narazılıqlarını bildirməsi halları artır.Polis kütləvi etirazların baş verməməsi üçün yerli əhaliarasında iş aparır, bu işə ağsaqqalları, din xadimlərini cəlb edir. Dükanlar qarşısında növbə yaranmasın deyə polis müştərilərin nömrəsini alır, dükana un gələn kimi birinci onlara xəbər edəcəyini söz verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.