Dünya

İsrailin müdafiə naziri erməni deputatları pərt etdi

17 Fevral 2018 20:07
16 Şərh     Baxış: 3 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan deputat Qaqik Minasyan yerli KİV-ə İsrailin onları anlayışla qarşılamamasından şikayətlənib.

Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib.

"İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır", - deyən Liberman erməni deputatlara sərt reaksiya verib.

Qeyd edək ki, İsrail parlamentinin (Knesset) "erməni soyqırımı"nı tanımaması da Ermənistan nümayəndə heyətinin arzusunu gözündə qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.