Dünya

Qadın məzarından səs gəlincə açdılar: gördüklərindən DƏHŞƏTƏ GƏLDİLƏR - VİDEO

17 Fevral 2018 10:41
11 Şərh     Baxış: 18 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada infarktdan dünyasını dəyişən 37 yaşlı Rosangela Almeida dos Santos adlı qadının məzarından səslər gəldiyi deyilincə məzar açılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, yaxınları məzarı açarkən həyatlarının şokunu yaşayıblar.

TƏFƏRRÜAT

İnfarkt keçirən qadın xəstəxanaya çatdırılıb. Həkimlərin ailəsinə öldüyü deyilən qadın yaxınları tərəfindən dəfn edilib. 

Məzardan səslər gəldiyi deyilən qadının qəbri 11 gün sonra açılıb. Qadının bədəninin hələ də isti olduğu və əl-ayaqlarında məzardan çıxmağa çalışarkən vurduğundan sonra yaranan yara və qan izləri görünüb. Qadının dırnaqlarının qırılıb, qan içində olduğu da deyilir.

Evli, ancaq övladı olmayan qadının tabutunun məzardan çıxarıldığı anlar kameraya çəkilib. Həkimlərin müayinəsi sonrası qadının çox qısa müddət öncə öldüyü ortaya çıxıb. Xəstəxana səlahiyyətliləri olayda günahı olan hər kəs haqqında tədbir görüləcəyini bildiriblər.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın məzarından səs gəlincə açdılar: gördüklərindən  DƏHŞƏTƏ GƏLDİLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.