Dünya

Erməni lobbisinin növbəti məğlubiyyəti - Milan məhkəməsinin qərarı dərs oldu - VİDEO

15 Fevral 2018 21:16
0 Şərh     Baxış: 412

Milan məhkəməsinin Luka Volonteyə bəraət verməsi erməni lobbisinin məğlubiyyəti idi. Baxmayaraq ki, erməni lobbisi bu qaryaxma kampaniyasında Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün bütün imkanlarını səfərbər etmişdilər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri bildirir ki, Ermənistan lobbisi xüsusi ilə Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqe nümayiş etdirən siyasətçilərə bununla gözdağı vermək istəyirdilər. Bu qərar onlar üçün də sarsıdıcı zərbə oldu.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, beynəlxalq qurumlarda Azərbaycanla bağlı kimliyindən asılı olmayaraq ədalət naminə atılan hər addım işğalçı ölkəni və onların tərəfdalarlarını qıcıqlandırır. Azərbaycanın imicini hər ən ləkələməyə hazır olan Ermənistan və erməni lobbisi fürsət axtarır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayevin sözlərinə görə, italiyalı millət vəkili Luko Volonteylə bağlı məsələni Ermənistan nümayəndə heyati dəfələrlə AŞPA daxilində qabardıb.

Rövşən Rzayevin sözlərinə görə, Luko Volonte və digər bu kimi böhtan kampaniyalarında məqsəd- beynəlxalq qurumlar, nüfuzlu təşkilatlar qarşısında digər məsələləri süni şəkildə qabartmaqla , Azərbaycanın işğaldan əziyyət çəkdiyini ikinci plana keçirmək, ölkənin nüfuzuna və etibarlı tərəfdaş adına kölgə salmaqdan ibarətdir.

Millət vəkili deyir ki, Anti-Azərbaycan mərkəzlərinin, əsassız ittihamları qarşısında Azərbaycan tərəfinin ciddi arqumentləri həlledici rol oynayıb. Amma bu da bir faktdır ki, ədalətin öz yerini tapması üçün də mübarizə aparmaq lazımdır. Elə buna görə də dövlət səviyyəsində hüquqi addımların davam etdirilməsi böyük əhəmiyyət daşıyır. Bu həm qaryaxma kampaniyasını təşkil edənələrin cəzalandırılması, həm də eyni niyyətdə olan digər qüvvələrin dərs çıxarması baxımından vacibdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Erməni lobbisinin növbəti məğlubiyyəti

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.