Dünya

NATO ölkələri "hərbi Şengen" yaradılması barədə razılığa gəldilər

15 Fevral 2018 16:12
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "hərbi Şengen" yaratmaq barədə razılığa gəliblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki hərbi-diplomatik mənbəyinə istinadən "RİA Novosti" məlumat yayıb.

NATO-nun müdafiə qurumlarının rəhbərləri Brüsseldə keçirilən görüşdə Avropada qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üzrə komanda qərargahının yaradılmasını təsdiqləyiblər.

"Söhbət "hərbi Şengen" görüntüsü yaratmaqdan gedir", - mənbə deyib.

Qeyd edək ki, bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb. Onun sözlərinə görə, müttəfiq qoşunlar və hərbi texnika qitə ərazisində miqrantlar kimi sürətlə hərəkət etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.