Dünya

Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb - KİV

15 Fevral 2018 15:19
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Deyr-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşər Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub. 

Bu ərazi ABŞ-ın dəstəklədiyi PYD və YPG terrorçu dəstələrin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) nəzarəti altındadır.

Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i isə Bəşər Əsədin əl-Bakir briqadasının əsgərləridir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.