Dünya

Boşanmaq istəyən arvadını iş yerində güllələdi, sonra qızı və özünü vurdu - VİDEO - FOTO

15 Fevral 2018 13:53
1 Şərh     Baxış: 3 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Denizli şəhərinin Sarayköy qəsəbəsində, boşanma ərəfəsində olduğu arvadı Ayşe Şahinin işlətdiyi mağazaya gedən Oktay Şahin düşən mübahisə sonrası tüfənglə ona və qızı Nurdan Şahinə (15) atəş açıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Oktay sonra özünü vurub. 

Ayşe Şahin və qızı hadisə yerindəcə ölüb. Ağır yaralanan Oktay Şahin xəstəxanaya çatdırılıb.

Silah səsini eşidərək hadisə yerinə gələnlər, dərhal polis və təcili yardım çağırıblar.  

Polis qanlı olayla bağlı istintaqı davam etdirir.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Boşanmaq istəyən arvadını iş yerində güllələdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.