Dünya

Ata evi yandırdı, üç uşaq öldü - Rusiyada

15 Fevral 2018 12:08
1 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib.

Hadisədə şübhəli bilinən uşaqların atası saxlanılıb.

O yanğını qəsdlə törətdiyini etiraf edib. 25 yaşlı ata bildirib ki, sərxoş vəziyyətdə evi və əşyaları yandıraraq qaçıb. O bu əməli hansı səbəbdən törətdiyini açıqlamayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.