Dünya

"İstanbul su altında qala bilər" - FOTO

15 Fevral 2018 12:13
0 Şərh     Baxış: 2 478

Elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.

Qlobal istiləşmənin dəniz səviyyəsinin artım sürətinə iki fərqli yöndə təsir etdiyi vurğulanıb. Atmosfer və dəniz suyundakı istiləşmə bir yandan su səviyyələrini nisbi olaraq yüksəldərkən digər yandan da Antarktika və Qrenlandiya kimi iri buz kütlələrinin əriməsini sürətləndirərək su miqdarını artırır.

Alimlərin fikrincə, 2100-cü ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox məşhur şəhəri ya tamamilə, ya da qismən sular altında qalma təhlükəsi gözləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.