Dünya

Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlandı

15 Fevral 2018 11:14
0 Şərh     Baxış: 1 235

Yaponiyanın Kobe Universitetinin geoloqları Kyuşu adası yaxınlığında püskürəcəyi halda böyük faciəyə səbəb ola biləcək supervulkan aşkarlayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Yaponiya sahillərində aşkarlanmış həmin vulkan 34 kub/kilometr maqmaya sahibdir və 100 milyon insanın ölümünə səbəb ola bilər.

Bu vulkanın 7,3 min il əvvəl püskürərək Yaponiyanın cənubunda sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir.

Mümkün püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunami meydana gətirə, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər. 

Lakin tədqiqatçılar vulkanın aktivləşmə ehtimalını 1% qiymətləndirirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.