Dünya

Toy günü yoxa çıxan 9 yaşlı qızın sümükləri tapıldı - FOTO

15 Fevral 2018 10:30
5 Şərh     Baxış: 6 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il toy günü yoxa çıxan 9 yaşlı qızın sümükləri tapılıb.

Milli.Az xarici mətbuata istiandla xəbər verir ki, onu öldürən əsgərin etirafından sonra ötən il toy günü anidən yoxa çıxan qızın sümükləri tapılıb.

Maelys De Araujo adlı 9 yaşlı qız ötən il Alp dağlarında təşkil olunan toy mərasimində yoxa çıxmışdı. Aylarla davam edən axtarışlar nəticəsiz olmuşdu. İngilis əsilli uşağın itməsi hər iki ölkədə - Fransa və İngiltərədə - narahatlığa səbəb olmuşdu.

Polisin verdiyi məlumata görə, bu gün qızın sümükləri tapılıb. 6 aydır axtarışda olan qızın qalıqları qarın altında qalan dağ cığırından tapılıb.

Qızın orada basdırıldığını hərbçi Nordahl Lelandais etiraf edib. Həmin gün toyda iştirak edən Nordahl bildirib ki, istəmədən qızın ölümünə səbəb olub, sonra da izi itirmək üçün cəsədi dağda gizlədib sonra da toya qayıdıb.

O, cinayəti necə törətdiyini açıqlamayıb.

Hadisə Fransanın dağ kəndi olan Şamberidə baş verib.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.