Dünya

ABŞ-da məktəbdə atışma: 17 nəfər öldü - YENİLƏNİB - VIDEO - FOTO

15 Fevral 2018 07:56
6 Şərh     Baxış: 6 325

07:56

ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli KİV-lər insidentin yer aldığı dairənin şerifinə istinadla məlumat yayıb.

Məlumata əsasən qatil şaqirdləri sinif otqlarındn çıxmağa məcbur etmək üçün yanğından mühafizə siqnalizasiyasını işə salıb. Bununla o daha çox insanın tələf olmasına nail olmaq istəyib.

Xatırladaq ki, hadisə nəticəsində ən azı 17 nəfərin həlak olduğu bilirilib. Cinayətin törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

---------

07:14

ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu insidentin yer aldığı Brovard dairəsinin şerifi Skot İsrael bəyan edib.

Onun sözlərinə görə, hadisə qurbanlarının 12-si məktəbin binasında, daha üç nəfər küçədə qətlə yetirilib. İki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Şerif qeyd edib ki, xəsarət alanların bəzilərinin vəziyyəti ağır olaraq qalmaqdadır.

Skot İsrael həmçinin atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib. Bu həmin məktəbin keçmiş şagirdi 19 yaşlı Nikolas Kruzdur. Daha əvvəl Kruz məktəbdən nizam-intizam qaydalarını pozduğuna görə xaric edilmişdir.

Xatırladaq ki, atışma Mayaminin 60 kilometrliyində yerləşən Parkland şəhərciyindəki məktəbdə fevralın 14-də günorta saatlarında qeydə alınıb. Həmin məktəbdə 14-18 yaşında 3 minə yaxın şagird təhsil alır.

-----------

02:39

ABŞ-ın Florida ştatının cənubunda yerləşən Parkland şəhərində məktəbdə baş vermiş atışma nəticəsində ən azı 7 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli KİV-lər öz mənbələrinə istinadla xəbər yayıb.

14 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

----------

01:42

ABŞ-ın Florida ştatında məktəbdə atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub.

Xəsarət alanların dəqiq sayı haqqında hələlik məlumat yoxdur. Bəzi məlumatlara görə insident zamanı 20-50 nəfər yaralanıb.

Polisin atəş açan şəxsi müəyyən etdiyi bildirilir. Məlumata əsasən, bu həmin məktəbin keçmiş şagirdlərindən biridir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Перестрелка в школе в США: 17 погибших, более 16 раненых -1

ABŞ-da məktəbdəki atışmanın görüntüləri yayılıb

Перестрелка в школе в США: 17 погибших, более 16 раненых

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Doktor · 15 Fevral 09:2720

    Qətli törədən şəxs müsəlman olsaydı bu olardı terror aktı,indi ise sadəcə yüngül insident adlanacaq 17 nəfərin ölümü.

    Cavab yaz
    • Anonim
      Namiq · 15 Fevral 09:5520

      Lap duz dediniz.Indi bashlayacaqlar ki,depressiyada olub,daha neler.1-2 vekil de tutacaqlar ki,onu mudafie etsin...

      Cavab yaz
  • Anonim
    malades · 15 Fevral 09:4010

    Öz içində əminamanlıq yarada bilməyənlər, başqalarına məsləhət verirlər.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 15 Fevral 10:1300

    AMERİKA AMERİKA!

    Cavab yaz
  • Anonim
    Tahire · 15 Fevral 10:3420

    Bu da onların bizə aşılamaq istədiyi mənəvi dəyərlərin, demokratik ab-havanın nəticəsi. Eqoist olmasınlar, uşaq tərbiyə etməyi və mənəvi inkişafı bizdən öyrənsinlər.

    Cavab yaz
  • Anonim
    XXXX · 15 Fevral 14:3800

    Azadliq,demokratiya,insan haqqlari!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.