Dünya

Argentina itən sualtı qayıq barədə məlumata görə 5 milyon dollar təklif edir

14 Fevral 2018 23:57
0 Şərh     Baxış: 938

Argentina höküməti ötən ilin noyabr ayında itən "San-Juan" sualtı qayıq barədə məlumata görə 98 milyon peso (4,9 milyon dollar) təklif edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Argentina hökümətinin rəsmi bəyanatında deyilir.

Pul mükafatının sualtı qayığın dəqiq yerini müəyyən etməyə yardım edəcək məlumatları təqdim edən şəxslərə veriləcəyi bildirilir.

Xatırladaq ki, Argentina Hərbi Dəniz Qüvvələrinin "San-Juan" sualtı qayığı ilə əlaqə noyabrın 15-də kəsilib. Qayığın göyərtəsində 44 nəfər olub. Bundan sonra sualtı qayıqla bir daha əlaqə qurmaq mümkün olmayıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.