Dünya

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırmır

14 Fevral 2018 23:33
1 Şərh     Baxış: 620

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar artıq tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

"Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur", deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.