Dünya

Nazir: "Tramp Rusiyaya qarşı yeni sanksiya təklifini alqışlayıb"

14 Fevral 2018 21:21
0 Şərh     Baxış: 464

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyi tərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.

"Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların  hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır", deyə nazir vurğulayıb. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.