Dünya

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

14 Fevral 2018 20:40
1 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə M.Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

"Bu gün Amsterdamda son müddət ərzində ilk dəfə kimliyimi təsdiq edən sənəd əldə etdim. Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi", - M.Saakaşvili yazıb.

Eyni zamanda, o Ukrayna vətəndaşlığını bərpa etməyə israrlı olduğunu vurğulayıb.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya readmissiya olunub.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.