Dünya

ABŞ-dan Türkiyəyə jest: prospektə "Zeytun budağı" adı verildi

14 Fevral 2018 20:30
3 Şərh     Baxış: 1 468

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib. 

Report "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub. 

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra "Zeytun budağı" adlanacaq. 

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı "Gülən" adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, diriliş, bayraq, qayı və hilal adlarının verilməsinə qərar verilib. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Xc · 14 Fevral 20:5450

    Heber verilishi sef. ABŞ jest elemedi. Belediye meclisi degishdi.

    Cavab yaz
  • Anonim
    Məmmədhəsən əmi · 14 Fevral 20:5970

    Burada hansı jestdən söhbət gedir? Türkiyə öz küçələrindən birinə bu adı verib, onun Amerikaya hansı aidiyyəti var? Ağlına nə gəldi sayıqlamaq birinci növbədə özünə və sonra da oxucuya qarşı hörmətsizlikdir. Bir az utansanız və bir az da düşünsəniz yaxşı olardı.

    Cavab yaz
  • Anonim
    Rauf · 15 Fevral 09:1630

    ABŞ-dan Türkiyəyə, yoxsa əksinə?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.