Dünya

ABŞ Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərcləyib? - Tramp açıqladı

14 Fevral 2018 20:00
3 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp ölkəsinin son 17 ildə Yaxın Şərqdəki müharibələrə nə qədər pul xərclədiyini açıqlayıb.

Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu müddət ərzində ABŞ-ın 7 trilyon dollar vəsait xərclədiyini və bunun böyük səhv olduğunu deyib:

"ABŞ 17 il öncə heç də ağıllı hərəkət etmədən Yaxın Şərqə girib. İndi ordakı vəziyyət 17 il öncəkindən daha pisdir".

Qeyd edək ki, Tramp prezident seçilmədən öncə İraqın işğalını "böyük bir səhv" adlandırmış, ölkəsinin Yaxın Şərqə hərbi müdaxiləsindən şikayətləndirdi. Prezident seçildikdən sonra isə özünün göstərişi ilə Suriyadakı əməliyyatları genişləndi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.