Dünya

FTB: ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən 2-si saxlanılıb, daha 1-i xəstəxanadadır - YENİLƏNİB

14 Fevral 2018 22:43
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:43

ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) bildirib.

Bundan əvvəl ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma olduğu, hadisə nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi.

----------

19:41

ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Bir nəfər saxlanılıb.

Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.