Dünya

Saakaşvili Polşadan Niderlanda gedəcək - Daha sonra ...

14 Fevral 2018 12:28
0 Şərh     Baxış: 966

"Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu M.Saakaşvili özü elan edib.

O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.