Dünya

"Suriyanın kimyəvi silahdan istifadə etdiyi sübut olunsa, oranı vuracağıq"

14 Fevral 2018 12:37
3 Şərh     Baxış: 1 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya dəfələrlə mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməkdə günahlandırılsa da, Şam bunu həmişə təkzib edib. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) tərəfindən də bu silahların məhv edildiyi təsdiqlənib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında jurnalistlərə Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı açıqlama verib. O, bildirib ki, Suriyanın mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi təsdiqlənsə, həmin silahların saxlandığı baza vurulacaq.

"Suriyanın kimyəvi silahlarının saxlanıdığı bazanı vuracağıq. Bu gün kimyəvi silahdan istifadə edilməsi ilə bağlı sübut yoxdur. Amma buna dair sübut tapılsa, mən bunu edəcəm", - Makron söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.