Dünya

Tramp Nakasoneni ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri təyin edib

14 Fevral 2018 08:49
0 Şərh     Baxış: 435

Prezident Donald Tramp general-leytenant Pol Nakasoneni ABŞ-ın ən gizli kəşfiyyat idarələrindən biri olan Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbəri təyin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə kibertəhlükəsizlik məsələləri üzrə prezidentin xüsusi köməkçisi və Ağ evin koordinatoru Rob Coys öz "Twitter" hesabında yazıb.

Nakasonen eyni zamanda ABŞ Silahlı Qüvvələrinin kiberkomandanlığına rəhbərlik edəcək və ona general rütbəsi veriləcək. Bundan əlavə, onun namizədliyini hələ Konqresin Senatı təsdiqləməlidi.

54 yaşlı Nakasone 2016-cı ilin oktyabr ayından ABŞ ordusunun kiberkomandanlığına rəhbərlik edir. Xidmətə kəşfiyyatda başlayıb. Əfqanıstan və İraqdakı əməliyyatlarda iştirak edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.