Dünya

Birmingemdə teatrda partlayışdan sonra insanlar təxliyə edilib

14 Fevral 2018 07:50
0 Şərh     Baxış: 251

Böyük Britaniyanın Birmingem şəhərində yerləşən Birmingem Repertuar Teatrında partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışa səbəb texniki nasazlıq səbəb olub. Partlayışdan dərhal sonra teatrdakı insanlar təxliyə edilib, xəsarət alan olmayıb.

"Biz təsdiq edirik ki, bugün texniki nasazlıq səbəbindən partlayış baş verib və teatr ehtiyat tədbirləri kimi təxliyə edilib. Mənuniyyətlə bildirmək istəyirik ki, xəsarət alan olmayıb", - Uest-Midlends polisi Twitter hesabında yazıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.