Dünya

Nigeriyada ağır yol qəzası: 22 məktəbli həlak olub

14 Fevral 2018 07:44
0 Şərh     Baxış: 302

Nigeriyanın Kano ştatında məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində azı 22 məktbəli və avtobusun sürücüsü həlak olub, 3 nəfər isə xəsarət alıb.

Kano ştatının yol hərəkəti xidmətinin nümayəndəsi Kabir İbrahim-Daura bildirib ki, həlak olan məktəblilərin 12-si oğlan və 10-u isə qız olub.

Polisin məlumatına görə, qəzaya hər iki sürücünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.