Dünya

Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

13 Fevral 2018 23:59
0 Şərh     Baxış: 522

Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.

"Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir", - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. 

Bundan əvvəl Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması üzərində çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.