Dünya

Türkiyə ordusu kürdlərin artilleriyasını məhv edib - VİDEO

13 Fevral 2018 23:34
2 Şərh     Baxış: 3 363

Suriyada xalqın ölümünə səbəb olan döyüşlər davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, YPG/PKK terrorçularının Afrin rayonunda olan yaşayış məntəqələrinin atəşə tutulması Türkiyənin PUA-ları tərəfindən müəyyən edilib.

PUA kameraları, Suriyadakı Cinderes kəndindən Türkiyənin ərazisini bombalayan vətəndaş geyimdə terroristləri qeyd edib. Türkiyəyə atəş açdıqdan sonra, üzərində artilleriya silahı olan avtomobil sürətlə öz yerini dəyişıb.

Türk Hava Qüvvələri terrorçuların gizləndiyi bu qərargahı məhv edib.

Anadolu agentliyinin yaydığı videodan da göründüyü kimi, terrorçular artelleriya qurğuların daşınmasında İran istehsalı olan "Safir" avtomobillərindən istifadə edir.

PUA uzun müddət obyekti izləyib, təyinatı başa çatdıqda və yerinə qayıtdıqda, Türk Hava Qüvvələri dəqiq zərbə ilə avtomobili və terrorçuları məhv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Türkiyə ordusu kürdlərin artilleriyasını məhv edib

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    XXX · 14 Fevral 02:3121

    "Kürdlərin" yox, "YPG-nin", "PKK-nın", "terrorçuların"...

    Cavab yaz
  • Anonim
    Sənan · 14 Fevral 09:0121

    Kürdlərin yox,PKK,PYD-nin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.