Dünya

Tramp hərbi büdcəni artırmağı təklif edir

13 Fevral 2018 22:26
0 Şərh     Baxış: 255

Donald Tramp Administrasiyası elan edib ki, 2019-cu ildə müdafiə xərcləri üçün 686 milyard dollar tələb edib. Bu, 2011-ci ildən etibarən hərbi büdcə üçün nəzərdə tutulan ən böyük məbləğdir. Maliyyələşdirmə ABŞ Silahlı Qüvvələrinin hazırlığında boşluqları doldurmaq məqsədi daşıyır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 686 milyard dollarlıq tələb əməliyyat büdcəsinin 617 milyard dollar məbləğində baza hissəsini, habelə xarici ölkələrdə, o cümlədən Əfqanıstan, İraq, Suriya və Avropada hərbi əməliyyatlar üçün 69 milyard dolları əhatə edir. Bundan əlavə, Administrasiya ABŞ Energetika Nazirliyinin nüvə proqramı üçün 30 milyard dollar tələb edib ki, bu da milli təhlükəsizlik üçün tələb olunan büdcəni ümumən 716 milyard dollara çatdırır.

ABŞ Prezidenti D.Tramp bununla bağlı bəyanatında deyib: "Silahlı qüvvələrimiz tamamilə gücdən düşüb, amma bizim əvvəlkindən qat-qat güclü silahlı qüvvələrimiz olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.