Dünya

Ərdoğandan Amerikaya "Osmanlı şilləsi"

13 Fevral 2018 22:16
0 Şərh     Baxış: 1 652

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında ABŞ əleyhinə sərt ifadələr işlədib. Amerikanı terrorçulara dəstəkdə ittiham edən Ərdoğan, heç kəsin Türkiyəyə hədə-qorxu gələ bilməyəcəyini söyləyib.

"Amerikalı generallar PYD-li terrorçularla şəkil çəkdirərək, bizə təhdid dolusu mesajlar göndərirlər. Görünür, onlar Osmanlı şilləsi yeməyiblər. Bizi başqaları ilə səhv salmasınlar. Onlara yenidən səslənirəm. Suriyada terrorçulara yaxın durmasınlar. Çünki bütün terrorçular hədəfimizdədir, hamısı öldürüləcək" - Ərdoğan bildirib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, YPG/PYD terrorçularına təlim keçən amerikalı general, "əgər Türkiyə bizi də hədəfə götürsə, sərt cavab alacaq" demişdi.

Türkiyə prezidenti, ABŞ-ın Suriyadakı varlığının İŞİD-lə əlaqəsi olmadığını da deyib.

"Amerika guya İŞİD-lə mübarizə aparır. Hardadı İŞİD? O teatr bitdi artıq. Biz regionda kimin kim olduğunu açıq-aşkar bilirik. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz" - Ərdoğan vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.